Azərbaycan iqtisadiyyatı kiçilib – Hesabat

12:31 - 16.04.2021


16 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 milyard 921,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır.

Sözügedən dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,1 faiz artıb.

Müəllif: Elmir Murad

Other news