Azərbaycanın xam neft ixracı 7 faiz azalıb - 3 ayın hesabatı

10:59 - 19.04.2021


19 aprel, Fineko/abc.az. 2021-ci ilin ilk 3 ayında Azərbaycandan ixrac olunan xam neftin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 2 milyard 664 milyon 616 min dollar dəyərində 7 milyon 47 min 438 ton xam neft ixrac edilib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 24,3%, miqdar ifadəsilə 7% azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 3 ayında Azərbaycandan 3 milyard 522 milyon 698 min dollar dəyərində 7 milyon 576 min 415 ton xam neft ixrac edilmişdi.

Müəllif: Elmir Murad

 

Other news