330x110
 

TuranBank 16% böyüyüb

22.04.2021,12:15


22 aprel, Fineko/abc.az. Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2021-ci ilin I rübü üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. COVİD-19 pandemiyası və bundan irəli gələn daxili və xarici bazarlardakı dalğalanmalara, ölkə iqtisadiyyatındakı daralmaya baxmayaraq Bank 2021-ci ilin I rübünü müsbət maliyyə nəticələri ilə başa vurub.

2021-ci ilin I rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 16,3% və ya 83,7 mln. manat artaraq 597,7 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 4,8% və ya 16,4 mln. manat artaraq 356,1 mln. manat təşkil etmişdir. Həmçinin cəmi depozit portfelində 21,6% və ya 55,3 mln. manat artım müşahidə edilmişdir. Depozit portfeli rübün sonuna 311,1 mln manata yüksəlmişdir. Pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərə və bununla bağlı yaranmış iqtisadi çətinliklərə baxmayaraq Bank I rübü 105 min manat xalis mənfəətlə başa vurmuşdur.

Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. Tam yeni internet bankçılıq, mobil bankçılıq sistemləri, o cümlədən mobil bank tətbiqetməsinin yeni versiyası android, İOS və Huawei platforması üzərindən müştərilərin ixtiyarına verilmişdir. Bildirək ki, Mobil Bank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.

TuranBank

Bizimlə etibarlıdır...

Keywords: TuranBank