BVF-dən Azərbaycanın qeyri-neft sektoru barədə proqnoz

14:42 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft sektoru üzrə büdcə gəlirləri qeyri-neft ÜDM-nin 25,3%-ni təşkil edəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Fondun ölkənin qeyri-neft ÜDM-nin bu il 3,5% artacağını proqnozlaşdırmasını nəzərə alaraq, 2021-ci ildə qeyri-neft sektorundan gələn büdcə daxilolmalarının da faktiki həcminin artmasını gözləmək olar.

Qeyd edək ki, 2022-ci ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin qeyri-neft ÜDM-dəki payının bir qədər azalaraq 24,1%-ə enməsi güman edilir. BVF 2022-ci ildə qeyri-neft ÜDM-nin isə 2,5%-lik artımını proqnozlaşdırır.

 

Other news