SOCAR Rusiyadakı zavoddan imtina etdi – Səhmlərini satdı

15:30 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti Rusiyadakı Antipinsk Neftayırma Zavodundakı səhmlərindən imtina edib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərar zavodun əsas kreditoru “Sberbank” tərəfindən elan edilib.

Açıqlamada zavoda investisiyaların SOCAR-ın strategiyasına uyğun gəlmədiyi qeyd olunub. Eyni zamanda, ARDNŞ-nin qarşılıqlı faydalı ticari razılaşmalar əldə olunmaq şərtilə hərrac başa çatdıqdan sonra müəssisənin əməliyyat idarəçiliyində yardım göstərməyə hazır olduğu, SOCAR-ın zavoddakı payının 9,6 faiz olduğu bildirilib. Səhmlərin kim tərəfindən alındığı dəqiq açıqlanmasa da, onun “Lukoil”in İsveçrə üzrə treyderi “Litasco” şirkətinin direktorlar şurasının rəhbəri, “Lukoil”in keçmiş vitse-prezidenti Valeriy Subbotin olduğu ehtimal olunur.

 

Other news