Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar nə vaxt başlanacaq?

15:57 - 27.04.2021


27 aprel, Fineko/abc.az. “Koronavirus pandemiyası yayılma sürəti azaldıqdan sonra Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara başlanacaq və bu hər iki ölkənin iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək”.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə regional və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində maraqlı olub:

“Hazırda iki ölkənin birbaşa hava əlaqəsi yoxdur. İki ölkə arasında hava əlaqəsi İstanbuldan Bakı üzərindən Lahor-İslamabad istiqamətində Türk Hava Yolları vasitəsi ilə həyata keçirilir”.

Qeyd edək ki, iki ölkə arasında 1993-cü ildə Hava əlaqələri haqqında Saziş, 2009-cu ilin sentybarın 30-da anlaşma memorandumu, 2020-ci ilin yanvar ayında isə milli aviadaşıyıcılar arasında Codeshare Sazişi imzalanıb.

 

Other news