Bakıdan Antalyaya endirimli uçmaq şansı – AZAL qitmətləri azaltdı

16:07 - 27.04.2021


27 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Türkiyənin Antalya şəhərinə uçuşlar üzrə endirimli qiymətə bilet satışına başladığını elan edib.

ABC.AZ aviaşirkətə istinadən xəbər verir ki, Bakıdan Antalyaya uçuş 119 avroya, Antalyadan Bakıya uçuş isə 139 avroya başa gələcək.

Qeyd olunan qiymətlərə bütün vergi və yığımlar daxildir.

Qeyd edək ki, Türkiyədə 29 apreldən 17 maya qədər tətbiq olunan karantin məhdudiyyətləri digər ölkələrdən gələn turistlərə şamil olunmayacaq.

 

Other news