SOCAR təkmilləşdirilir - 3 komitə yaradıldı

17:07 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb.

İclasda Şuranın fəaliyyətində səmərəliliyin artırılması, Şirkətin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib.

Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb, rəhbərləri və korporativ katibi təyin edilib.

 

Other news