Bu dövlət şirkətləri ötən 3 ayda ən çox ixrac həyata keçirib – Siyahı

10:44 - 29.04.2021


29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan və 150 min ABŞ dollarından artıq ixrac həyata keçirən şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Növbəti sıralarda isə “Socar Polymer” MMC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC və “Azəripək” MMC gəlir. Müəllif: Elmir Murad

 

Other news