Mərkəzi Bankın öhdəlikləri 19 faiz artıb – Hesabat

12:30 - 29.04.2021


29 aprel, Fineko/abc.az. 2020-ci ildə Mərkəzi Bankın öhdəlikləri 19% artaraq 23 864,058 milyon manat olub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 13,8% artaraq 11 839,664 milyon manat, rezident bankların qısamüddətli depozitləri 11,8% azalaraq 2 713,336 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 80% artaraq 4 921,318 milyon manat təşkil edib.

Sözügedən dövrdə Mərkəzi Bankın kredit təşkilatları qarşısında öhdəlikləri 17,8% artaraq 3 204,953 milyon manat, qurumun balans kapitalı isə 37% azalaraq 1 621,912 milyon manat olub.

 

Other news