Beynəlxalq Agentlikdən Azərbaycanla bağlı yenilənmiş reytinq

10:34 - 30.04.2021


30 aprel, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, hazırda agentlik Azərbaycanda 2021-ci ildə real ÜDM-in artım tempinin 2,5% səviyyəsində olacağını gözləyir.

"Fitch"in ötən ilin noyabr ayının proqnozu isə 2,7%-ə bərabər idi.

Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.

 

Other news