Neft Fondu tərəfindən hərracda bu qədər vəsait satılıb - Birgə məlumat

16:48 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Bu ilin aprelində Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 510 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bank və ARDNF-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici mart ayı ilə müqayisədə 28,2% artıb, 2020-ci ilin aprel ayı ilə müqayisədə isə 4% azalıb.

Cari ilin yanvar-aprel aylarında Neft Fondu valyuta hərraclarında 1,990 mlrd. dollar məbləğində vəsait satıb.

Bu da 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 39,8% azdır.

 

 

Other news