Neft ucuzlaşır, Brent bir barelə $66,42 təşkil edir

10:13 - 3.05.2021


3 may, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri bazar ertəsi ticarətində azalır.

Saat 9: 36-da London ICE Futures birjasında keçirilən hərracda Brent markalı neftin iyul fyuçersi $0,34 (0,51%) – barrel başına $66,42-ə qədər düşüb. Aprelin 30 - da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersinin qiyməti $1,80 (2,63%) - barrel başına $66,76-a düşüb.

Saat 9:36-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun ayının fyuçers qiyməti $0,35 (0,55%) – barrel başına $63,23-ə düşdü. 30 aprel hərraclarının nəticələrinə görə, WTI-nin iyun ayına olan fyuçersi $1,43 (2,20%) – bir barel üçün $63,58-a düşdü.

 

Other news