Dövlət Neft Fondunun valyuta satışı kəskin azalıb

11:46 - 3.05.2021


3 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 mlrd 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, valyuta satışı azalıb. Belə ki, sözügedən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 39,8 % azdır.

Təkcə aprel ayında isə ARDNF-in valyuta satışının məbləği 509,9 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin aprel ayına nisbətən 4 % azdır.

 

Other news