ARDNF-in aktivləri kiçilib – Bu qədər olub

15:34 - 3.05.2021


3 may, Fineko/abc.az. Bu il aprelin 1-ə ARDNF-in aktivləri ötən ilin sonuna nisbətən 1,8% azalıb.

ABC.AZ-ın Fonda istinadən məlumatına görə, bu ilin birinci rübündə ARDNF-in aktivləri kiçilərək 42 761,3 milyon ABŞ dollarına düşüb.

Hesabat dövründə büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin dollara qarşı zəifləməsi olub.

 

Other news