"B.Sərdarov adına Maşınqayırma Zavodu" ötən ili zərərlə işləyib

17:34 - 4.05.2021


4 may, Fineko/abc.az. "B.Sərdarov adına Maşınqayırma Zavodu" TASC 2020-ci ili 407 min manat xalis zərərlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, müəssisə 2019-cu ili 87 min 300 manat xalis mənfəətlə bağlamışdı.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə zavodun gəlirləri 1 milyon 534 min təşkil etdiyi halda, 2020-ci ildə təxminən 2 dəfə azalaraq 735 min manata düşüb.

Gəlirlərin kəskin azalması "B.Sərdarov adına Maşınqayırma Zavodu"nun zərərə düşməsinə səbəb olub.

 

Other news