Neft bahalaşır, Brent $69,17/barelə təklif edilir

10:05 - 6.05.2021


6 may, Fineko/abc.az. Cümə axşamı günü ərəfəsində müxtəlif istiqamətli dəyişikliklərdən sonra etalon markaların qiymətləri yüksəlir.

ABŞ Enerji Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 7,99 milyon barel azalıb, bu isə yanvar ayının əvvəlindən maksimum azalmadır.

Saat 9:29-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin iyul fyuçersi $0,21 (0,30%), barel başına $69,17 qədər yüksəldi. May ayının 5-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersinin qiyməti $0,08 (0,12%) - barrel başına  $68,96-a yüksəldi.

Saat 9:29-da Nyu-York əmtəə birjasının (NYMEX) WTI-nin iyun ayının fyuçersinin dəyəri $0,14 (0,21%) bir barelə $65,77 – ə yüksəldi. 5 may ticarət nəticələrinə görə, iyun ayına olan fyuçers $0,06 (0,1%) – bir barelə $65,63 qiymətinə düşüb.

 

Other news