“Azmikroinvest” MMC BOKT hesabat açıqladı

10:42 - 6.05.2021


6 may, Fineko/abc.az. “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 152,6 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın Report-a istinadən xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 2,7 dəfə çoxdur. Ötən il “Azmikroinvest”in vergiyəqədərki mənfəəti 192,9 min manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 40,3 min manat (2,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1 milyon 617 min manat olub ki, bu da illik müqayisədə 0,1% azdır. Bunun 1 milyon 480 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15,8% böyüyüb. Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 34,2% azalaraq 103,8 min manata düşüb, balans kapitalı isə 3,6% artaraq 1 milyon 513 min manata çatıb.

 

Other news