Səhiyyə işçilərinin 90 faizə qədəri vaksinasiya olunub

14:09 - 6.05.2021


6 may, Fineko/abc.az. Azərbaycanda səhiyyə işçilərinin 90 faizə qədəri vaksinasiya olunub.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O qeyd edib ki, təhsil sektorunda çalışanlar da bu rəqəmə çatırlar.

“Çarpayı rejimində yatan COVID-19 virusuna yoluxanların sayı azalır", - deyə T. Musayev vurğulayıb.

 

Other news