SOCAR Ukraynada su doldurma stansiyalarını işə salıb

16:18 - 25.05.2021


25 may, Fineko/abc.az. SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti iki neft bunker gəmisini - kiçik və orta ölçülü gəmilərin yanacaq doldurulması üçün hazırlanmış su doldurma stansiyalarını işə salıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkət özünün “Facebook” səhifəsində məlumat yayıb.

Yanacaqdoldurma məntəqələrindən (YDM) biri Kiyevdə “Muromets” parkının ərazisində, ikincisi isə Odessa vilayətində, “Savinyon” yaxt-klubunun akvatoriyasında yerləşir.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2018-ci ildə fəaliyyətə başlayıb. Hazırda şirkətin bütün Ukraynada 26 YDM-i mövcuddur. Həmçinin şirkətin Kiyevdə “Bakı-1” və Odessa şəhərində “Gəncə” adlanan iki neftdolduran bunker gəmisi var.

 

Other news