Südün qiyməti artacaq - Yeni Zellandiya hökumətindən proqnoz

14:32 - 26.05.2021


26 may, Fineko/abc.az. Dünyanın ən iri süd məhsulları ixracatçısı, Yeni Zelandiya iyunun 1-dən başlayaraq fermerlərdən alacağı süd qiymətlərinin artacağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən ölkə quru südün bir kiloqramını əvvəllər 5,29 dollara alırdısa, bundan sonra 6,39 dollara alacaq.

Orta qiymət 5,8 dollar olacağı təqdirdə ölkədəki 10 mindən artıq fermer təxminən 8,65 milyard dollar qazanacaq.

Qeyd olunub ki, artan tələbat ixracının üçdə bir hissəsini süd məhsulları təşkil edən Yeni Zelandiya iqtisadiyyatı üçün yeni stimuldur.

Other news