Permdən Bakıya uçuşlar başlayır - Həftədə bir dəfə olacaq

14:07 - 31.05.2021


31 may, Fineko/abc.az. “Ural Hava Yolları” iyunun 3-dən Rusiyanın Perm şəhərindən Bakıya uçuşlara başlayacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, “Bolşoye Savino” hava limanının cədvəlinə əsasən, uçuşların oktyabrın 28-dək davam etməsi planlaşdırılır.

Uçuşlar hər həftə cümə axşamı günü həyata keçiriləcək. Təyyarə Permdən Bakıya olan məsafəni 3 saat 5 dəqiqəyə qət edəcək. “Ural Hava Yolları”nın veb saytında bilet satışları başlayıb.

Bir tərəfə uçuşun qiyməti 15,2 min rubldan (207,5 ABŞ dolları) başlayır.

Bunun promo-qiyməti olduğu bildirilir. Ekonom sinif biletinin dəyəri 17,7 min rubldan (241,6 ABŞ dolları) başlayır.

 

Other news