Dörd ayda “Azəralüminium”-un ixracı artıb - 2 dəfədən çox

16:19 - 31.05.2021


31 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəralüminium” MMC 45,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 milyon ABŞ dolları və yaxud 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azəralüminium” MMC 20,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Müəllif: Elmir Murad

Other news