Rusiya Azərbaycana aviauçuşları artırır – Yeni qərar

10:57 - 1.06.2021


1 iyun, Fineko/abc.az. Rusiya cari ilin iyun ayının 10-dan etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.

ABC.AZ-ın məlumatına görə, Rusiyadan Yunanıstan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir və Serbiyaya da uçuşların sayı artırılacaq.

Qeyd olunub ki, müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq Rusiyanın operativ qərargahı, qarşılıqlı razılaşma əsasında 10 iyun 2021-ci il tarixindən etibarən Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya, eləcə də Albaniya ilə müntəzəm beynəlxalq uçuşların bərpa edilməsi barədə qərar qəbul edib.

 

Other news