Benzinin bahalaşmasına sürücülər və SOCAR-dan fərqli MÜNASİBƏT

10:24 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda “Aİ-95” benzinin qiyməti nə az, nə çox düz 15 qəpik bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən benzin növünün bahalaşması ölkədə birmənalı qarşılanmayıb.

Sürüclər onsuzda baha olan benzinin qiymətinin yenidən artmasını heç də ürəkaçan formada qəbul etməyib.

Onlar hesab edir ki, benzinin bahalaşması başqa sahələrdə də qiymət artımına səbəb olacaq.

SOCAR isə bahalaşmanı “Aİ-95” və “Aİ-98” markalı benzinlərin ölkəyə idxal olunması ilə əlaqələndirib. Belə ki, qurumdan sözügedən benzinin qiymətinin dünya bazarlarından asılı olduğu bildirilib.

"Dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənər” deyə SOCAR-dan vurğulanıb.

Müəllif: Elmir Murad

Other news