Qızıl yenə ucuzlaşdı – Bu dəfə 6,40 dollar

10:02 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,40 ABŞ dolları (0,34%) ucuzlaşaraq 1 903,50 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,12 dollar (0,42%) bahalaşaraq 28,09 dollara satılıb.

 

Other news