SOCAR-la “Qazprom” rəsmiləri görüşüb – Tam detallar açıqlanmır

14:36 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb.

ABC.AZ xəbər verir ki, ikitərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Məlumata görə, SOCAR prezidenti “Qazprom” rəhbəri ilə qaz sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

Müzakirənin mahiyyəti açıqlanmır. Ancaq mümkündür ki, söhbət Rusiya qazının Azərbaycana tədarükü ilə bağlıdır.

 

Other news