Çinin valyuta ehtiyatları bahalaşaraq ən yüksək səviyyəyə çatıb

16:20 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Çinin valyuta ehtiyatları, dolların zəifləməsi və yuana artan tələb ilə əlaqədar olaraq may ayında 3,22 trilyon dollara yüksəlib.

ABC.AZ-ın məlumatına görə, bu 2016-cı ilin yanvar ayından bu günə kimi ən yüksək səviyyəyə çatıb.

Ekspertlər Çinin dünyanın ən böyük valyuta ehtiyatına sahib olmasını ölkənin ola biləcək spekulyativ məzənnə hücumlarına qarşı ən böyük müdafiə mexanizmi hesab edir.

Qeyd edək ki, Yuan keçən ay dollar qarşısında 2018-dən bu yana ən yüksək səviyyədə bağlanıb.

 

Other news