“Kənddən Şəhərə” yarmarkaları keçiriləcək

16:06 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 10-11 iyun tarixlərində “Kənddən Şəhərə” yarmarkalararı təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq.

Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.

 

Other news