Bank Türkiyəyə böyük yatırım həyata keçirəcək

15:31 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Dünya Bankı Türkiyə iqtisadiyyatına böyük həcmdə vəsait cəlb edəcəyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən Bank icra edəcəyi iki layihə üçün 400 milyon dollar kredit ayırmağı planlaşdırıb.

Belə ki, Bank 265 milyon dollar məbləğindəki birinci layihə ilə Türkiyədə binaların zəlzələyə qarşı dayanıqlılığını və enerji məhsuldarlığını artırmağı, 135 milyon dollar məbləğindəki ikinci layihə ilə isə 90 min yoxsul adamın təbii və iqlim qaynaqlı təhlükələrdən qorunmasını və dolanışıq qaynaqlarının artırmasını nəərdə tutur.

 

Other news