Xalça idxalı və ixracı artıb - Hesabat

12:10 - 17.06.2021


17 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın idxal etdiyi xalçalar və digər toxunma döşəmə örtüklərinin həcmi və dəyəri açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 8,632 milyon ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,143 milyon ABŞ dolları (57,3 %) çoxdur.

Beş ay ərzində Azərbaycanın xalçalar və digər toxunma döşəmə örtükləri ixracının dəyəri isə 147 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 30 min ABŞ dolları (25,6 %) çoxdur.

 

Other news