Azərbaycan qarğıdalı idxalını artırıb - Hesabat

14:28 - 18.06.2021


18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan qarğıdalının həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 8 835,04 min ABŞ dolları dəyərində 19 437, 10 ton qarğıdalı idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3%, həcm ifadəsində isə 47,6% azdır.

Aprel ayı ilə müqayisədə isə bu ilin mayında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 83,6%, həcm ifadəsində isə 85,1% azalıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında qarğıdalı idxalının ümumi idxalda payı 0,20% təşkil edib.

 

Other news