Avropada ən çox investisiya cəlb etməyi bacaran startaplar

16:21 - 18.06.2021


18 iyun, Fineko/abc.az. Avropa startaplarına investisiya qoyuluşu sürətlə davam edir.

ABC.AZ-ın məlumatına görə, sözügedən regionda startaplara bu ilin ilk 6 ayında rekord məbləğdə - 43,8 milyard avro (60,9 milyard dollar) investisiya cəlb edilib.

Bu rəqəm bütöv 2020-ci il üzrə 5200 sövdələşmə əsasında cəlb olunan 38,5 milyard avroluq vençur kapitalı da üstələyərək, artıq cari ilin ilk yarısında cəmi 2700 maliyyələşmə sənədi ilə yeni rekordu müəyyənləşdirib.

Ən çox maliyyə vəsaiti cəlb edənlər İsveçin “indi al, daha sonra ödə” tipli ticarət platforması Klarna, alman səhm ticarəti proqramı Trade Republic, Britaniyanın onlayn ödəniş provayderi Checkout.com resursları olub.

Müəllif: Elmir Murad

 

Other news