Kərə yağının idxalı azalıb - Müqayisəli hesabat

16:31 - 18.06.2021


18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın idxal etdiyi kərə yağının dəyəri və həcmi azalıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 5 ayda 32,738 milyon ABŞ dolları dəyərində 6 min 726 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə nisbətdə müvafiq olaraq 3,124 milyon ABŞ dolları (8,7 %) və 472,3 min ton (6,5 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,75 %-ni təşkil edib.

 

Other news