Sahibkarlar üçün daha bir imkan - “Elektron Kabinet” istifadəyə verilib

17:34 - 18.06.2021


18 iyun, Fineko/abc.az. İyunun 11-dən investorların “Elektron Kabinet” platforması üzərindən “Hesablararası transfer” funksiyası yaradılaraq istifadəyə verilib.

ABC.AZ-ın məlumatına görə, yeni funksionallığın tətbiqi, investorların tam təhlükəsiz rejimdə öz “ASAN İmza” sertifikatlarından istifadə etməklə, “cross-web” texnologiyası əsaslanmış mühitdə hesablarının idarə edilməsinin operativliyini təmin edəcək.

Təqdim olunmuş yeni funksiya, investorun hesablarının idarə edilməsində geniş imkanlar yaradır.

Belə ki, investor “Elektron Kabinet”-ə daxil olmaqla mülkiyyətində olan qiymətli kağızları ona məxsus olan digər hesablara tam təhlükəsiz rejimdə köçürə biləcək.

 

Other news