“Azər Pak” MMC-nin ölkəmizə gətirdiyi araxisin satışına qadağa qoyuldu

11:34 - 21.06.2021


21 iyun, Fineko/abc.az. İranda “Shirezza Halva Shekari” tərəfindən istehsal olunan və “Azər Pak” MMC tərəfindən ölkəmizə idxal edilən araxis əzməsi məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq  (aflatoksin - B1) aşkar edilib.

Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

 

Other news