AKİA fermerlərə indiyədək bu qədər kredit verib – Hesabat

16:36 - 21.06.2021


21 iyun, Fineko/abc.az. İlin əvvəlindən bugünədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına fermerlərə 30 milyon manatdan artıq kredit verilib.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, ayrılan kreditin 17 milyon manatdan çoxu güzəştli texnika krediti, 11 milyon manatı mikrokredit, 2 milyon manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir.

Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edir.

AKİA-dan bildirilib ki, hesabat dövründə fermerlərə 1195 mikrokredit, 685 güzəştli texnika krediti və 68 digər təyinatlı aşağı faizli kreditlər ödənilib. Ayrılan kredilərtdən 1948 fermer yararlanıb.

 

 

Other news