Mərkəzi Bank auiditor axtarır - Tender

11:33 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Mərkəz Bank  Banklararası Kart Mərkəzi İnfrastrukturunun “Ödəniş kartı sahəsində məlumat təhlükəsizliyi standartları”nın aktual versiyasının (1) və “İstifadəçi təhlükəsizliyinə nəzarət konsepsiyası”nın aktual versiyasının (2) 4 il ərzində auditi və müvafiq sertifikatların alınması üçün 2 açıq tender elan edib.

ABC.AZ-ın məlumatına görə, tenderlərdə iştirak haqqı ayrı-ayrılıqda 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 30-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 9-u, saat 18:00-am qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

 

Other news