3 BOKT-a direktor təyn olundu

11:46 - 22.06.2021


22 iyun, Fineko/abc.az. “Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi” və “MJ Financial Services” MMC-lər bank olmayan kredit təşkilatlarına (BOKT) yeni direktor təyin edilib.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bunlar müvafiq olaraq Yaşar Nəcəfov, Samir Cəlilov və Mövsüm Aydınovdur.

İndiyə qədər adları çəkilən BOKT-lara müvafiq olaraq Emil Mahmudov, Arif Əliyev və Mədəd Rüstəmov rəhbərlik ediblər. Yeri gəlmişkən, A.Əliyev bundan sonra “İcraçı Kredit Agentliyi”nin yeni yaradılmış Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərəcək.

 

Other news