Azərbaycanın Çinlə ticarət dövriyyəsi azalıb - Hesabat

11:00 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın Çin ilə apardığı ticarət mübadiləsinin həcmi 677 milyon 905 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 7,2% azdır.

Hesabat dövründə Azərbaycandan Çinə ixracın həcmi 120 milyon 996 min dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 36% azdır. İdxalın həcmi isə 556 milyon 909 min  dollara bərabər olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur.

Nəticədə, 2021-ci ilin yanvar-may aylarında 435 milyon 914 min dollarlıq mənfi saldo yaranıb, bu göstərici illik müqayisədə 23,8% artıb.

 

Other news