"SOCAR-Petrofac" 25 milyon dollarlıq müqavilə imzaladı

14:32 - 24.06.2021


24 iyun, Fineko/abc.az. "SOCAR-Petrofac" (birgə müəssisə) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşlı" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi (layihənin operatoru BP şirkətidir – red.) çərçivəsində "Azəri Mərkəzi Şərqi" layihəsi (ACE) üzrə 25 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqaviləyə istifadəyə vermə və sazlama üzrə mütəxəssislərin və digər ixtisaslaşmış personalın təqdim olunması, səfərbərlik və əlaqəli xidmətlər göstərilməsi daxildir.

Qeyd edək ki, 6 mlrd. dollarlıq layihəyə (ACE) yeni dəniz platforması və gündəlik 100 min. barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

 

Other news