Rusiyada hökumət qərar verdi, ölkənin ən varlısı xeyli pul itirdi

15:20 - 24.06.2021


24 iyun, Fineko/abc.az.  Rusiyada qara və əlvan metalların ixracına rüsumlar tətbiq etmək qərarından sonrakı yarım saatda "Severstal", NLMK və "Norilsk Nikel" şirkətlərinin bazar dəyəri 332 milyard rubl azalıb.

ABC.AZ xəbər verir ki, Rusiya Nazirlər Kabineti daxili bazarda metalların kəskin bahalaşmasının qarşısını almaq üçün qara və əlvan metalların ixracına rüsumlar tətbiq edib.

Qərardan sonra "Severstal"ın Moskva birjasındakı səhmləri 5,8% ucuzlaşaraq şirkətin kapitallaşmasından 73 milyard rubl silinib.

Forbes-in verdiyi məlumata görə, "Severstal"ın 76% -nin sahibi, 29,1 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı adamı Aleksey Mordaşov 55,5 milyard rubl və ya 760 milyon dollar ilə yoxsullaşıb.

Müəllif: Elmir Murad

Other news