Neft bahalaşır, Brent bir barel üçün $75,68 təşkil edir

10:16 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün artdıqdan sonra cümə günü cüzi olaraq artır. Bazar iştirakçıları OPEC+ dövlətlərinin iyulun 1-də keçiriləcək növbəti görüşünü gözləyirlər.

Saat 9 :35 üçün London ICE Futures birjasında baş tutmuş hərracda, Brent neftinin avqust fyuçersləri barrel başına $0,12 (0,16%), $75,68 səviyyəsinə yüksəldi. İyunun 24 – də baş tutmuş hərracın nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,37 (0,49%) artaraq barel başına $75,56-a çatıb.

Saat 9 : 35-da Nyu-York əmtəə birjasında (NYMEX) WTİ-nin avqust fyuçersinin qiyməti 0,11 (0,15%) - barel başına $73,41-ə yüksəldi. İyunun 24 – də ki hərracların nəticələrinə görə, avqust ayına fyuçers $0,22 (0,30%) -  barel başına $73,30 səviyyəsinə yüksəldi.

 

Other news