Deputat AZAL-ın biletlərinin bahalığından şikayətləndi

12:00 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Bu gün Milli Məclisin iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva aviabiletlərin bahalığına toxunub.

ABC.AZ-ın məlumatına görə, deputat Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insanın olduğunu, çoxlu sayda müraciətlər aldıqlarını qeyd edib.

Komitə sədri deyib ki, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin bahalığından şikayətlənirlər: “Azərbaycandan da Türkiyəyə biletlər də bahadır. Mən buradan AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın”.

 

Other news