Dövlət şirkəti böyük zərərdə - 10 milyon manat ziyan edib

16:20 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2020-ci ili 347 min manat zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, halbuki, şirkət 2019-cu ildən 80 min manat mənfəətlə çıxmışdı.

Son nəticədə qurumun yığılmış zərəri 3,3% artaraq 10 milyon 833 min manata çatıb. Ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 4 milyon 1 min manat (əvvəlki ilə nisbətən 25,1% az), xidmətlərinin maya dəyəri 2 milyon 156 min manat (13,2% az), inzibati xərcləri 2 milyon 155 min manat (20,6% az), maliyyə xərcləri isə 36 min manat (55,5% az) təşkil edib. Bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2 milyon 443 min manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin öhdəlikləri 80,1% azalaraq 88 min manat, balans kapitalı isə 17,8% artaraq 2 milyon 355 min  manat, o cümlədən nizamnamə kapitalı 0,55% artaraq 2 milyon 225 min manat olub.

 

Other news