Azərbaycandan Türkiyəyə səyahət edənlər vaxta qənaət edəcək

17:14 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Düzgün yönəldilmiş investisiyaların sayəsində Gürcüstanda dövlət və beynəlxalq əhəmiyyətli yolların vəziyyəti yaxşılaşdırılır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

Hökumət başçısı gələcək illərdə infrastruktur layihələrə 31 milyard lari vəsaitin xərclənəcəyini bildirib.

İ.Qaribaşvili Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun inşası məsələsinə də toxunub: “Müasir təhlükəsizlik standartlarına cavab verəcək Qırmızı körpü-Sarpi avtomobil yolunun inşası başa çatdırıldıqdan sonra səyahət müddəti yarıyadək azalaraq 8 saat əvəzinə 4 saat təşkil edəcək”.

 

Other news