Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - Siyahı

11:48 - 1.07.2021


1 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında Rusiyaya 279,5 milyon, Türkiyəyə 255 milyon, İsveçrəyə 91,1 milyon, Gürcüstana 69,1 milyon və ABŞ  29,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu “İxrac icmalı”nın iyun sayında öz əksini taplb.

Bəhs olunan sənəddə 2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil etdiyi vurğulanıb.

Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil edib.

2021-cu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (91 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu siyahıda Türkiyə ikinci (38,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (22,9 milyon ABŞ dolları) olub.

 

Other news