“Azərkosmos”un ixracı və gəlirləri açıqlanıb

12:16 - 1.07.2021


1 iyul, Fineko/abc.az. “İxrac icmalı”nın iyun sayında qeyd edilib ki, 2021-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 19,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ-ın məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

2021-ci ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

 

Other news