Neft bahalaşır, Brent $75,87/barel, WTI $75,32/barel təşkil edir

10:22 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Cümə günü ticarətdə neft qiymətləri yüksəlir, bazar OPEC+ qərarlarını gözləyir.

OPEC + Nazirlər Monitorinq Komitəsinin iclası cümə axşamı yekun tövsiyəsi olmadan yekunlaşıb və bu gün də davam edəcək.

Saat 9:31-də, London ICE Futures birjasında baş tutmuş ticarətdə, Brent neftinin sentyabr fyuçersi, barel başına $0,03 (0,04%) – $75,87 qədər yüksəldi. 1 iyul ticarət nəticələrinə görə, Brent-in sentyabr fyuçersinin qiyməti $1,22 (1,64%) - barrel başına $75,84-ə qədər artıb.

Saat 9:31-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust fyuçersinin qiyməti $0,09 (0,12%) – barrel başına $75,32-a yüksəldi. 1 iyul ayının nəticələrinə görə, WTI-nin avqust ayına olan fyuçersi $1,76 (2,40%) – bir barelə $75,23-a yüksəldi.

OPEC + ölkələri nazirlərinin tam formatlı görüşü bu gün, iyulun 2-də keçiriləcək.

 

Other news