SOCAR gəlirləri ilə bağlı hesabat yaydı

11:15 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci ildə SOCAR-ın fəaliyyət göstərdiyi ölkələrdən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gəlirləri artıb.

ABC.AZ SOCAR-ın illik maliyyə hesabatına istinadən məlumat verir ki,  artımla yanaşı azalmalar da var.

Belə ki, İsveçrə, Türkiyə və Gürcüstanda şirkətin gəlirləri azalıb. Şirkət 2020-ci ildə əldə etdiyi 49 milyard 607 milyon manat cəmi gəlirin 61,4%-ni İsveçrədə qazanıb.

Bu nisbət 2019-cu ildə 76% idi. Belə ki, SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat cəmi gəlirin 63 milyard 735 milyon manatını İsveçrədə qazanmışdı. 2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycanın ən iri şirkətinin İsveçrədə gəlirləri 2,1 dəfə azalaraq 30 milyard 478 milyon manata, Türkiyədə gəlirləri 18,7% azalaraq 7 milyard 618 milyon manata, Gürcüstanda gəlirləri isə 10,8% azalaraq 1 milyard 45 milyon manata düşüb. 

Gəlirlərin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.

 

Other news